Türkiyədə güclü yanğın: Əhali təxliyə olundu

19:38 27 İyun 2025

Türkiyənin Bursa şəhərində zeytun ağaclarının olduğu açıq ərazidə yanğın olub.

Sitat.info xəbər verir ki, hadisə Osmanqazi rayonunun Demirtaş məhəlləsində qeydə alınıb.

Yanğın sonra meşəyə, sonra iki min sakinin yaşadığı İsmetiye məhəlləsindəki evlərə sıçrayıb.

Hadisə yerinə helikopterlər, 14 yanğınsöndürən maşın, 139 nəfər yanğınsöndürən cəlb olunub.

Ərazidən 100 nəfər təxliyə olunub, 14 nəfər xilas edilib. Xəsarət alan və ya ölən barədə məlumat yoxdur. Hadisənin səbəbi hələ məlum deyil.



Xəbər xətti