Rusiya ordusu Odessaya dronlarla zərbələr endirib.
Hücum nəticəsində şəhərdə yanğınlar baş verib, yaralılar var.
"Mülki infrastruktura, xüsusilə yaşayış evlərinə və avtomobillərə ziyan dəyib. Zərbələrin nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır", - Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper yazıb.
Vilayət rəhbəri yaralı sayının azı üç nəfər olduğunu açıqlayıb.