Gəncə İcra Hakimiyyətinin işçisi küçədə qəfil öldü

13:22 28 İyun 2025

Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin işçisi qəfil dünyasını dəyişib.

Sitat.info xəbər verir ki, hadisə şəhər ərazisində olub.

İdarənin əməkdaşı, 1975-ci il təvəllüdlü Şahin Talıbov küçədə iş görərkən səhhəti qəfil pisləşib. O, hadisə yerində dünyasını dəyişib.

Ş.Talıbov adıçəkilən qurumda fəhlə işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti