Azərbaycanda Yeni ilə qədər Rusiya ilə bağlı bütün mədəni tədbirlər ləğv edilib.
Sitatinfo xəbər verir ki, bu barədə Mash Teleqram kanalı məlumat yayıb.
Ləğv edilmiş tədbirlərin siyahısında müğənnilər Basta (30 avqust, Sea Breeze Resort), Leonid Aqutin və Anjelika Varumun (29 oktyabr, Heydər Əliyev Sarayı) konsertləri, "Şelkunçik" (13 iyun, Heydər Əliyev sarayı), "Romeo və Cülyetta" (12 oktyabr, Heydər Əliyev Sarayı) və Sergey Bezrukovun iştirakı ilə "Xuliqanın etirafı" (17 oktyabr, Heydər Əliyev Sarayı) tamaşaları, həmçinin Yevgeni Sinyakovun stand-up-ı (1 noyabr, Opera studiya) və Yumor Festivalı (18 iyul, Sea Breeze Resort) daxildir.