“Azərbaycanla əlaqələrin inkişafında maraqlıyıq” - Kreml

14:05 30 İyun 2025

“Moskva Azərbaycanla əlaqələrin pozulmasından təəssüflənir və münasibətlərin daha da inkişafında maraqlıdır.

Sitat.info Ura.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz qəbul edilmiş qərarlara görə təəssüflənirik. Kreml nümayəndələrinin fikrincə, hüquq-mühafizə orqanlarının hərəkətləri ilə bağlı məsələlər belə genişmiqyaslı məhdudiyyətlərə səbəb olmamalıdır”, - Kreml rəsmisi əlavə edib.

Peskovun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı prezidentlər - Vladimir Putinlə İlham Əliyev arasında ayrıca söhbət planlaşdırılmır. Rusiya tərəfi Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlıdır.



Xəbər xətti