Millimiz Belarusa yenə uduzdu

20:15 1 İyul 2025

Qadın futbolçulardan ibarət Belarus və Azərbaycan milli komandaları növbəti yoldaşlıq görüşündə üz-üzə gəliblər.

Sitat.info xəbər verir ki, Minskdəki "Traktor" stadionunda təşkil olunmuş matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.

Hər iki qol ikinci hissəyə təsadüf edib. 49-cu dəqiqədə Anastasiya Linnik, 66-ci dəqiqədə Anastasiya Şlapakova fərqlənib.

Qeyd edək ki, bu komandalar arasındakı ilk yoldaşlıq görüşündə də Belarus qalib gəlib - 3:0.



Xəbər xətti