Azərbaycana səfər edən rusiyalılara xəbərdarlıq edildi

15:53 2 İyul 2025

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycana səfər edən rusiyalılara xəbərdarlıq edib.

Sitat.info "RBK"-yə istinadən xəbər verir ki, nazirliyin sözcüsü Mariya Zaxarova brifinqdə bildirib ki, Azərbaycana səfər edən və ya ora getməyi planlaşdıran rusiyalılar mövcud vəziyyəti diqqətlə nəzərdən keçirməlidirlər.

Zaxarova bu barədə ətraflı məlumat yayacaqlarını bildirib.

Mariya Zaxarova bildirib ki, Moskva Azərbaycanı Rusiya-Azərbaycan münasibətlərini əvvəlki — strateji müttəfiqlik səviyyəsinə qaytarmaq üçün addımlar atmağa çağırır.

Əlisahib

Sitat.info



Xəbər xətti