Rusiya Baş Prokurorluğu: Bakı ilə müntəzəm təmasdayıq

18:00 3 İyul 2025

Rusiya və Azərbaycan Baş Prokurorluqları əlaqədədirlər və cari gündəliklə bağlı mütəmadi olaraq əlaqə saxlayırlar.

Sitat.info xəbər verir ki, bu barədə ölkə prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, prioritet hər iki ölkənin vətəndaşlarının hüquq və maraqlarının qorunması məsələləridir.

"Mümkün insinuasiyaların qarşısını almaq məqsədilə nəzarət qurumlarının rəhbərləri tabeliklərində olanlara qabaqlayıcı xarakterli hərtərəfli tədbirlər görməyi tapşırıblar", - mətbuat xidmətinin məlumatında deyilir.



Xəbər xətti