Bu səfər Bakı ilə əlaqələrdə yeni səhifə açdı - Pezeşkian

19:50 4 İyul 2025

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərinin ikitərəfli əlaqələrdə yeni səhifə açdığını bəyan edib.

Sitat.info xəbər verir ki, o, bu barədə Xankəndidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.

Azərbaycana rəsmi səfərini və keçirilmiş görüşləri məmnunluqla xatırlayan M.Pezeşkian səfərin nəticəsi olaraq Azərbaycan-İran əlaqələrində yeni səhifənin açıldığını vurğulayıb, bu xüsusda artıq Bakı ilə Tehran, Bakı ilə Təbriz arasında təyyarə reyslərinin artırılmasını, Ağbənd-Kəlalə avtomobil yolu körpüsünün tikintisi istiqamətində işlərin aparılmasını qeyd edib və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunub.



Xəbər xətti