Məşhur futbolçu təcavüzlə təqsirləndirlir

23:48 4 İyul 2025

“Arsenal”ın keçmiş yarımmüdafiəçisi Tomas Partey təcavüz və cinsi istismarda ittiham edilir.

Sitat.info xəbər verir ki, bu barədə London polis departamenti açıqlama yayıb.

32 yaşlı qanalı yarımmüdafiəçi beş təcavüz və bir cinsi istismarda ittiham olunur.

Bildirilir ki, hadisələr 2021-2022-ci illər arasında baş verib. İddialar üç ayrı qadına aiddir.

Parteyin avqustun 5-də Vestminster Maqistrates Məhkəməsinə çıxarılması gözlənilir.

Qeyd edək ki, onun “Arsenal”la müqaviləsi iyunun 30-da başa çatıb.

 

Sitat.info



Xəbər xətti