Brazilyaya Ərdoğanın əvəzinə o gedir

16:15 5 İyul 2025

 

Türkiyə xarici işlər naziri Hakan Fidan 6-7 iyul tarixlərində Braziliyada keçiriləcək BRİKS sammitində Türkiyə prezidentini təmsil edəcək.

Sitat.info xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat verib.

“Prezident Rəcəb Tayyib Ərdoğanın adından Rio-de-Janeyroda keçiriləcək BRİKS ölkələrinin 17-ci sammitində Hakan Fidan iştirak edəcək,” - mənbə bildirib.

 



Xəbər xətti