Mingəçevirdə Kürdə iki kater toqquşdu - Yaralılar var

16:41 5 İyul 2025

Mingəçevirdə Kür çayında iki kater toqquşub.

Sitat.info-nun məlumatına görə, hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb.

Xəsarət alanlar Mingəçevir Şəhər xəstəxanasına çatdırılıb. Yaralıların kimliyi araşdırılır.

Faktla bağlı araşdırma başlanıb.



Xəbər xətti