Rusiya razıdır, Kiyev gözlənilir

13:59 8 İyul 2025

Türkiyə İstanbulda Ukrayna üzrə danışıqların üçüncü raundunun vaxtı ilə bağlı Kiyevdən cavab gözləyir.

Sitat.info xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Rusiya danışıqların üçüncü raunduna hazır olduğunu bildirib. İndi Ukrayna tərəfdən cavab gözləyirik”, - o bildirib.

Onun sözlərinə görə, Türkiyə Ukraynadakı nizamlanma ilə bağlı liderlərin görüşünə hazırdır:

“Türkiyədə liderlərin görüşünün təşkili ilə bağlı heç bir problem yoxdur”.

 

Sitat.info



Xəbər xətti