Hakan Fidan və Yaşar Gülər Pakistana rəsmi səfər edəcəklər

15:48 8 İyul 2025

Türkiyə xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər Pakistana rəsmi səfər edəcəklər.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Nazirlərin səfəri iyulun 9-da baş tutacaq.

Onların səfər çərçivəsində Pakistan Baş naziri Şahbaz Şərif, Baş nazirin müavini, xarici işlər naziri İshaq Dar və Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal Asim Munirlə görüşü planlaşdırılır.

 

Sitat.info



Xəbər xətti