Bərdədə su kanalından naməlum meyit tapılıb.
Sitat.info-nun məlumatına görə, meyit Yuxarı Qarabağ kanalının rayonun Həsənqaya kəndi ərazisindən keçən hissəsində aşkarlanıb.
Hadisə yerinə FHN və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Hazırda meyitin kanalda çıxarılması prosesi görülür.
Faktla bağlı araşdırma başlanıb, meyitin kimə məxsus olması araşdırılır.