Rusiyadan böyük PUA hücumu

11:36 9 İyul 2025

Rusiya Ukraynaya qarşı ötən gecəki hücumunda 728 drondan və 13 raketdən istifadə edib.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Hərbi hava Qüvvələri məlumat verib.

Məlumata görə, Ukraynanın havadan müdafiə sistemləri dronların 718-ni və raketlərin 7-ni zərərsizləşdirib.

Rusiyanın hücumlarının əsas hədəfi Volın vilayətində yerləşən Lutsk şəhəri olub.

Qeyd edək ki, bu 3 illik müharibədə Rusiyanın Ukraynaya ən böyük PUA və raket hücumudur.

 

Sitat.info



Xəbər xətti