Əliyev və Paşinyan Əbu-Dabidə görüşəcək

12:08 9 İyul 2025

İlham Əliyev və Nikol Paşinyan Əbu-Dabidə görüşəcək

Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları çərçivəsində növbəti yüksək səviyyəli görüş keçiriləcək.

Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində bir araya gələcəklər.

Sitat.info xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Görüşün əsas məqsədi iki ölkə arasında normallaşma prosesinin və sülh sazişi üzrə müzakirələrin davam etdirilməsidir.

 

Sitat.info



Xəbər xətti