Trampın hədəsi saxtadırmı, bilmirik- Peskov

15:20 9 İyul 2025

Kreml Prezident Donald Trampın Moskva və Pekini bombalamaq təhdidləri ilə bağlı xəbərlərin saxta olub-olmadığını bilmir.

Sitat.info xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bunun saxta olub-olmamasını biz də bilmirik. İndi bir çox feyk var. Biz bu və ya digər xəbərləri təhlil edəndə həmişə bu baxımdan diqqət edirik”, - o bildirib.

Qeyd edək ki, CNN-in yaydığı xəbərə görə, Tramp keçən il görüşlərinin birində Rusiya Prezidenti Vladimir Putini “Moskvanı bombalamaq” hədəsi ilə Ukraynaya müdaxilədən çəkindirməyə çalışdığını deyib.

 

Sitat.info



Xəbər xətti