Maşın səkidə dayanan ana və qızını vurdu, biri öldü

17:13 9 İyul 2025

Bakının Qaradağ rayonunda ağır qəza baş verib.

Sitat.info xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə Bakı-Qazax avtomobil yolunun 46-cı kilometrliyində, Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

1984-cü il təvəllüdlü Elnur Eynulla oğlu Yaqubov idarə etdiyi 99 AU 092 dövlət nömrə nişanlı "Hunday" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib yolun kənarındakı səkiyə çıxıb. Nəticədə o, səkidə olan 1974-cü il təvəllüdlü İradə Müslüm qızı Bədirova və onun qızı, 2004-cü il təvəllüdlü Gülnar Rəsul qızı Bədirovanı vurub.

Hadisə nəticəsində İ.Bədirova hadisə yerində ölüb, G.Bədirova isə xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti