Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev bu gün Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib.
Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlət başçısını BƏƏ-nin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan və digər rəsmi şəxslər qarşılayıblar.