Şahbaz Şərif Hakan Fidan və Yaşar Güləri qəbul etdi

20:30 9 İyul 2025

 

Türkiyə xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər Pakistan Baş naziri Şahbaz Şəriflə görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş Pakistanın paytaxtı İslamabadda keçirilib.

Görüşün təfərrüatı barədə məlumat verilməyib.

 



Xəbər xətti