2025 FİFA Klublararası Dünya Çempionatının yarımfinalında Çempionlar Liqasının hazırkı çempionu PSJ Real Madrid ilə üz-üzə gəlib.
Sitat.info xəbər verir ki, MetLife Stadiumunda keçirilən qarşılaşma Fransa yığmasının 4:0 hesablı üstünlüyü ilə yekunlaşıb. PSJ-ni finala çıxaran qollar 6-cı və 24-cü dəqiqələrdə Fabian Ruiz, 9-cu dəqiqədə Dembele, 87-ci dəqiqədə Qonçalo Ramosdan gəlib.
PSJ-nin finaldakı rəqibi "Fluminense"ni mübarizədən kənarlaşdıran İngiltərənin "Çelsi" komandası olacaq.
Əlisahib İbrahimli
Sitat.info