Almaniya müharibə yolunu seçdi

09:36 10 İyul 2025

Almaniya kansleri Fridrix Merzin Ukrayna ilə bağlı diplomatik vasitələrin tükəndiyini bəyan etməsi ölkənin müharibə yolunu seçdiyini göstərir.

Sitat.info xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev bildirib.

“Deməli, AB-nin açar dövləti müharibə yolunu qəti şəkildə seçir. Çünki diplomatiyanın “tükəndiyi” elan olunursa, bu, müharibəyə birbaşa hazırlıqdır. “Ya dediyimizi edin, ya da sonuncuya qədər vuruşacağıq”, - deməsi diplomatiya deyil. Eynilə, Ukraynanı yenidən silahla təmin etmək üçün imzalanacaq müvəqqəti atəşkəs də diplomatiya deyil”, - K.Kosaçev qeyd edib.

 

Sitat.info



Xəbər xətti