Zəngəzur dəhlizi ilə bağlı yeni açıqlama

15:30 10 İyul 2025

Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan regional kommunikasiyaların blokdan çıxarılması funksiyalarının beynəlxalq təşkilatlara verilməsi variantına münasibət bildirib.

Sitat.info xəbər verir ki, nazir müavini “Azadlıq" radiosunun erməni xidmətinə bildirib ki, bu variant Ermənistanın bəyan etdiyi prinsiplərə tam uyğun gələrsə, həyata keçirilə bilər.

Nazir müavini yola nəzarəti başqa təşkilatın həyata keçirə bilməsi məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, burada “nəzarət” sözü yanlış ifadədir.

Qeyd edək ki, bundan öncə ABŞ-ın Zəngəzur dəhlizində təhlükəsizliyin ABŞ şirkəti tərəfindən təmin edilməsi təklifi ilə Bakı və İrəvana müraciət etdiyi haqda məlumat yayılmışdı.

 

Sitat.info



Xəbər xətti