Qaqauziya rəhbəri ilə bağlı yeni qərar...

20:40 10 İyul 2025

Kişinyov Rayon Məhkəməsi Qaqauz Muxtariyyətinin rəhbəri Yevgeniya Qutsulun ev dustaqlığının daha 30 sutka uzadılması ilə bağlı prokurorların vəsatətini təmin edib.

Sitat.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Prokuror Adrian Skutarunun Yevgeniya Qutsulun ev dustaqlığının iyulun 13-dən 30 gün müddətinə uzadılması barədə vəsatəti təmin edilib”, - hakim Sergey Çobanu hökmü oxuyub.

Qutsulun vəkili Nataliya Bayram bu qərara Apellyasiya Palatasında etiraz edəcəyini bildirib. O hesab edir ki, hakimə təzyiq edilib.



Xəbər xətti