ABŞ Prezidenti Donald Tramp ikinci müddətində ilk dəfə prezident səlahiyyətlərindən Ukraynaya silah tədarük etmək üçün istifadə etməyi planlaşdırır.
Sitat.info xəbər verir ki, bu barədə “Röyters" məlumatlı mənbələrə istinadən bildirib.
Qeyd olunur ki, bu, ABŞ prezidentinin Ukraynanı qorumaqda yeni marağından xəbər verir. Bu proqram çərçivəsində Amerika ehtiyatlarından hansı silahların Ukraynaya göndərilə biləcəyini Trampın komandası müəyyən edəcək.
Mənbələrdən biri bildirib ki, tədarük ediləcək silahlar təxminən 300 milyon dollar dəyərində ola bilər.
Sitat.info