3 qol, 1 titul

01:23 14 İyul 2025

2025 FIFA Klublararası Dünya Çempionatının finalında Chelsea və PSJ üz-üzə gəlib. 

Sitat.info xəbər verir ki, ABŞ-ın MetLife Stadiumunda keçirilən qarşılaşmaya güclü başlayan  Çelsi 22-ci dəqiqədə Palmerin baxımlı zərbəsi ilə önə keçib. 30-cu dəqiqədə Palmerin vurduğu zərbə ilə Çelsi fərqi ikiyə çatdırıb. Joao Pedro 43-cü dəqiqədə 3-cü qolu atıb və "Çelsi" möhtəşəm finalda 3:0 hesabı ilə ilk hissəni başa vurub. Joao Neves 86-cı dəqiqədə birbaşa qırmızı vərəqə alaraq oyundan atılıb. İkinci hissədə isə hesab açılmadı və "Çelsi" finalda PSJ-ni 3-0 hesabı ilə məğlub edərək Klublararası Dünya Kubokunu qazandı.

 

Əlisahib İbrahimli

 

Sitat.info 



Xəbər xətti