Hərbi prokurorun müavini işdən çıxarıldı

17:39 14 İyul 2025

Respublika hərbi prokurorunun müavini işdən azad olunub.

Sitat.info xəbər verir ki, Baş prokuror Kamran Əliyev bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, hərbi prokurorun müavini Mehdi Hüseynzadə vəzifəsindən azad edilib.

Bu vəzifənin icrası Hərbi Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin rəisi Nihad Şıxəliyevə həvalə olunub.

Kamran Əliyevin digər əmri ilə Baş Prokurorluğun İstintaq İdarəsinin böyük prokuroru Ağakişi Acalov Sumqayıt Hərbi prokuroru təyin edilib.



Xəbər xətti