Hadruta da köç olacaq - RƏSMİ

14:54 15 İyul 2025

Xocavənd rayonunun kəndlərinin bərpası üzrə işlər davam edir.

Sitat.info  xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Qeyd olunub ki, Hadrut qəsəbəsi və Tuğ kəndində kommunikasiya sistemlərinin çəkilməsi prosesi gedir.

Xüsusi nümayəndənin sözlərinə görə, Xocavənd rayonun digər kəndlərində ilin sonuna qədər 1552 evin təmir olunaraq təhvil verilməsi planlaşdırılıb.



Xəbər xətti