Ermənistan Fransaya hərbi attaşe təyin etdi

18:38 15 İyul 2025

Ermənistan Fransaya hərbi attaşe təyin edib.

Sitat.info Ermənistan mediasına istinadən xəbər verir ki, bu vəzifəyə Artur Aznavuryan təyin edilib.

Ermənistanın baş naziri Nikol Paşinyan bununla bağlı müvafiq sərəncam imzalayıb.

A.Aznavuryan avqustun 1-dən vəzifəyə başlayacaq və Fransa paytaxtında üç il işləyəcək.

Daha əvvəl o, Ermənistanın İrandakı hərbi attaşesi olub.



Xəbər xətti