İsrail ordusu Dəməşqdə zərbə endirdi

14:50 16 İyul 2025

İsrail ordusu Dəməşq bölgəsində Suriya hərbi qərargahının binasına hücum edib. 

Sitat.info TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bəyanatda bildirilib ki, hava zərbələrinin məqsədi qərargah ərazisinə daxil olmaq olub. Qeyd edilib ki, İsrail Silahlı Qüvvələri Suriyanın cənubunda rejimin druzlara qarşı hərəkətlərini və hadisələrin inkişafını izləməyə davam edir.

Həmçinin, İsrail ordusu Suriya ilə sərhəd bölgəsindəki bölmələrini gücləndirəcəyini açıqlayıb.



Xəbər xətti