Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak oldu

19:13 18 İyul 2025

Ukrayna ordusunun daha bir azərbaycanəsilli hərbçisi həlak olub.

Sitat.info xəbər verir ki, 1985-ci il təvəllüdlü Ukrayna vətəndaşı Faiq Musayev Xarkov vilayətinin Kupyansk cəbhəsində həlak olub.

Azərbaycanlı hərbçi Kiyev vilayətində dəfn olunacaq.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.



Xəbər xətti