Türkiyədə hava şəraiti ilə əlaqədar xəbərdarlıq edildi

19:50 18 İyul 2025

 

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Kurum ölkədə havanın temperaturunun kəskin yüksələcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Sitat.info xəbər verir ki, sosial media hesabında bununla bağlı açıqlama verən nazir iyulun 19-dan etibarən bir həftə ərzində Türkiyədə havanın temperaturunun 6-12 dərəcə artacağının proqnozlaşdırıldığını bildirib.

“Sağlamlığımızı qorumaq və mümkün meşə yanğınlarının qarşısını almaq üçün hər zamankından daha ehtiyatlı davranmalıyıq”, - M.Kurum vurğulayıb.

Nazir Diyarbəkir vilayətində temperaturun 45 dərəcəyədək yüksələcəyini söyləyib.

 



Xəbər xətti