Maşın aşdı, dağlıq ərazidə yanğın oldu

16:13 19 İyul 2025

Siyəzən rayonunun Beşdam kəndində “Nissan" markalı minik avtomobilinin idarəetməni itirərək yolda aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Sitat.info xəbər verir ki, bu barədə FHN-dən məlumat yayıb.

Yanğın nəticəsində “Nissan” markalı minik avtomobilinin yanar hissələri və dağlıq ərazidə 18 ha sahədə quru ot və kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



Xəbər xətti