Azərbaycan XİN Banqladeşə başsağlığı verdi

18:26 21 İyul 2025

Azərbaycan Xarici İşlər Nazirliyi Banqladeşə başsağlığı verib.

Sitat.info xəbər verir ki, bu barədə Nazirliyin X hesabında paylaşım edilib.

"Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin Dəkkədə faciəvi qəzaya uğraması bizi dərindən kədərləndirdi. Qurbanların ailələrinə və yaxınlarına, Banqladeş hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk", - məlumatda qeyd olunub.

Xatırladaq ki, bu gün Banqladeşin paytaxtı Dəkkədə "Milestone" kollecinin ərazisində təlim təyyarəsinin qəzaya uğraması nəticəsində pilot daxil olmaqla 19 nəfər həlak olub, 164 nəfər yaralanıb.



Xəbər xətti