İsrail Yəmənin qərbinə hava zərbələri endirdi

18:39 21 İyul 2025

İsrail Hərbi Hava Qüvvələri Yəmənin qərbində yerləşən Hodeyda bölgəsinə hava zərbələri endirib.

Sitat.info xəbər verir ki, bununla bağlı “Times of İsrael” məlumat yayıb.

Bildirilib ki, zərbələr son zamanlarda husilərin İsrailə endirdiyi raket və PUA hücumlarına cavab olaraq həyata keçirilib.

Qeyd edək ki, iyulun 7-dən bəri husilər İsrailə 6 ballistik raket və bir neçə dron hücumu ediblər.



Xəbər xətti