Kobaxidze Ceyhun Bayramovu qəbul edib

19:45 22 İyul 2025

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

 

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial media hesabında paylaşım edilib.

 

Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının əsas aspektləri, regional inkişaflar, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 



Xəbər xətti