Ərdoğan Keyr Starmerlə danışdı

21:15 22 İyul 2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniya Baş naziri Keyr Starmer arasında telefon danışığı baş tutub.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Məlumata görə, telefon danışığında regional və beynəlxalq məsələlər müzakirə olunub. Bundan əlavə, “Eurofighter” təyyarələrinin Türkiyəyə mümkün ixracı məsələsində fikir mübadiləsi aparılıb.



Xəbər xətti