Sabiq deputat Xanhüseyn Kazımlı vəfat edib

10:03 24 İyul 2025

Sabiq deputat Xanhüseyn Kazımlı 83 yaşında vəfat edib.

Bu barədə  Sitat.info-ya onun yaxınları məlumat veriblər.

Qeyd edək ki, Xanhüseyn Kazımlı Azərbaycan Sosial Rifah Partiyasının sədri olub. O, I, II, III, IV, V çağırış Milli Məclisin deputatı idi.

2002-ci ildə Prezidentin fərmanına əsasən "Şöhrət" ordeni ilə təltif edilib.



Xəbər xətti