İki ölkə arasında toqquşma - Əhaliyə çağırış edildi

20:00 24 İyul 2025

 

Kamboca hakimiyyəti Tailandla hərbi toqquşmadan sonra Oddarmeantyey əyalətindən təxminən 5 min nəfəri təxliyə edib.

Sitat.info xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Əhaliyə sərhəddən ən azı 50 kilometr uzaqlaşmaq tövsiyə edilib.

Qeyd edək ki, iki ölkə arasında münasibətlər mübahisəli ərazilərdə baş verən toqquşmalardan sonra gərginləşib.

 



Xəbər xətti