Amurdakı təyyarə qəzası: ölənlər arasında azərbaycanlı var?

10:32 28 İyul 2025

Rusiyanın Amur bölgəsində An-24 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur.

Sitat.info xəbər verir ki, bu barədə Report-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

Xatırladaq ki, iyulun 24-də Rusiyanın Amur vilayətində An-24 sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qalıqları Tındadan 15 km məsafədə aşkar edilib. Məlumata görə, təyyarədə 43 sərnişin (onlardan 5-i uşaq), 6 ekipaj üzvü olub və hadisə nəticəsində bütün sərnişinləri həlak olub.



Xəbər xətti