Tailand və Kamboca atəşkəslə bağlı razılığa gəldi

14:30 28 İyul 2025

Tailand və Kamboca atəşkəslə bağlı razılığa gəlib.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə  Malayziyanın Baş naziri Ənvər İbrahim məlumat verib. 

Tailand və Kamboca arasında atəşkəsin iyulun 29-da yerli vaxtla saat 00:00-da qüvvəyə minəcəyi bildirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Tailandla Kamboca qoşunları arasında sərhədin mübahisəli hissəsində toqquşma baş vermişdi. Silahlı toqquşmalar zamanı onlarla insan həlak olmuşdu. 



Xəbər xətti