Naxçıvanda polis nəfəri vəfat edib

16:00 28 İyul 2025

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda polis əməkdaşı xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

Sitat.info xəbər verir ki, DİN-in Mətbuat xidmətindən bildirilib ki, 35 yaşlı polis nəfəri Nurlan Əlizadə göstərilən tibbi müdaxilələrə baxmayaraq, bir müddət sonra vəfat edib.

Faktla bağlı aidiyyəti üzrə araşdırma aparılır.



Xəbər xətti