Yaşa görə pensiya hüququ verən işlərlə bağlı siyahı... - Dəyişiklik

17:15 28 İyul 2025

 

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında dəyişiklik edilib.

Sitat.info xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla qızıl otağının nəzarətçiləri və emal, qırma, daşıma, topaqələviləşdirmə sahələrində nəzarətçilər, operatorlar qızıl otağının operatorları və emal, qırma, daşıma, eləcə də metallurqlar həmin siyahıya əlavə edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tarif-ixtisas sorğu kitabçalarının altı ay müddətində bu Qərara uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verilməlidir.

 



Xəbər xətti