Meymunçiçəyi ilə bağlı bütün sualara CAVAB

14:02 24 May 2022

Dünya hələ koronavirus epidemiyasının təsirlərini aradan qaldırmamış, 13 ölkədə eyni vaxtda müşahidə edilən meymunçiçəyi virusu yeni pandemiya narahatlığına səbəb olub. Hazırda bu virusla bağlı hər kəsi düşündürən suallar var. 

SİTAT.İNFO xəbər verir ki, Prof. Dr. İsmail Balık və Prof. Dr. İftihar Köksal Hürriyet üçün bu yeni virusla bağlı ən maraqlı sualları cavablandırıb.

 İLK HARADA RAST GƏLİNİB?

Meymunçiçəyi tarix boyu yaxşı tanınan və epidemiyalara səbəb olan çiçək xəstəliyinə səbəb olan virus ailəsindəndir. İnsanlarda ilk dəfə 1970-ci illərdə Nigeriya və Konqoda aşkar edilib. Konqo tipi 10 faiz hallarda, Nigeriya tipi isə 1 faiz hallarda ölümə səbəb olur. Xəstəliyin insanlarda yayılması ilə bağlı struktur dəyişikliyi hazırda araşdırılır.

NECƏ YAYILIR?

Virus daşıyan şəxslə uzun müddətli sıx təmas zamanı ötürülür. Xəstə insanın və ya heyvanın mayeləri ilə , ağızdakı maye, burun ifrazatları, cinsi ifrazatlar və səpkilərlə təmasda yoluxur.

İNKUBASİYA MÜDDƏTİ NƏ QƏDƏRDİR?

İnkubasiya müddəti 6-13 gündür. Bu müddət ərzində ötürülmür, lakin xəstəliyin əlamətləri başlayanda ötürülür. 2-4 həftə ərzində öz-özünə yox olur.

PANDEMİYAYA DÖNƏCƏKMİ?

Bu virus Korona kimi havada damcı şəklində yayılmadığından, pandemiyaya səbəb olacağını və qapanmalara gətirib çıxaracağı ehtimal olunmur.

MÜALİCƏSİ NƏDİR?

Onun müalicəsi üçün bəzi dərmanlar var. İlin əvvəlində bu dərmanlar Avropa və Amerika tərəfindən təsdiqləndi. Üzərində araşdırma aparılan viruslardan biri idi.

 PEYVƏNDİ VAR?

Meymun xəstəliyində təsirli olduğu təsbit edilən çiçək peyvəndi 1980-ci ildən bəri hazırlanmayıb. Çünki dünyada  yoluxma yox idi. 
1989-ci ildən əvvəl peyvənd olunanlar xəstəlikdən qorunur. Bu müddətdən sonra çiçək xəstəliyinə qarşı yeni nəsil vaksinlər də gündəmdə olacaq. Müalicə ilə bağlı çiçək serumu da var. Başqa sözlə desək, çiçək  xəstəliyinə yoluxmuş insanlardan alınan zərdablardan istifadə edilir. Əgər təmasdan ilk 5 gün ərzində çiçək xəstəliyinə qarşı peyvənd olunarsa, bu da qoruyucu effekt verəcək.

ƏLAMƏTLƏRİ HANSILARDIR?
Qızdırma, baş ağrısı, bel ağrısı, əzələ ağrısı, əvvəlcə dəri döküntüsü, sonra tədricən böyüyən, noxud ölçüsündı maye ilə dolu düyünlər.

NECƏ QORUNMALIYIQ?

Qorunmaq üçün ümumi gigiyena tədbirlərinə diqqət yetirmək kifayətdir. Hətta əllərimizi yumaq bu virusun ötürülməsini azaltmaq üçün faydalı bir yol olacaq. Xəstəliyin ən yoluxucu dövrü olan 3 həftəlik, yəni 21 günə qədər karantin müddəti ola bilər.

ÖLÜMCÜLDÜR?

Hazırda ölüm faktı qeydə alınmayıb. Uşaqlarda daha ağır keçsə də, ölüm halı yoxdur.


Lamiyə Xəqani
SİTAT.İNFO



Xəbər xətti