ABŞ-nin müvəqqəti işlər vəkili Şəhidlər xiyabanında

17:50 30 İyul 2025

ABŞ-nin müvəqqəti işlər vəkili Emi Karlon Şəhidlər xiyabanını ziyarət edib.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyi “X” hesabında paylaşım edib.

“ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Şəhidlər xiyabanını ziyarət edərək həlak olanların xatirəsini ehtiramla yad edib. O, münaqişələr nəticəsində yaxınlarını itirən azərbaycanlı ailələrə və dostlara başsağlığı verib”, - məlumatda deyilir.



Xəbər xətti