Skuter qəzasında ölən qız idmançı imiş

15:50 31 İyul 2025

"Xəzər" Yelkənli Qayıqlar İdman Klubunun idmançısı və sörfinq üzrə SFA köməkçi məşqçi sertifikatına sahib Ülviyyə Əhmədova vəfat edib.

Sitat.info xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a açıqlama verən Azərbaycan Yelkən Federasiyasının rəsmisi Solmaz Məmmədli gənc idmançının Bakıda skuterlə hərəkətdə olarkən avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişdiyini bildirib.

Qeyd edək ki, Ülviyyə Əhmədovanın 20 yaşı var idi.



Xəbər xətti