Robot tipli, uzaqdan hədəfi vuran, həm də özünü qoruyan silahlar: Türkiyə hərb sənayesi BELƏ İNKİŞAF EDƏCƏK

16:15 24 May 2022

Türkiyənin hərbi sənaye kompleksi daim inkişaf edərək müasir silahlar istehsal edir.  İlk dəfə 44 günlük müharibədə Türkiyə istehsalı olan Bayraktar silahlarından istifadə olundu. Ukraynada həmin silahlar bu gün tətbiq olunur. Məlum olduğu kimi, Bayraktar Rusiyanın da qorxulu yuxusudur və bunun qarşısının alınması üçün müəyyən müdafiə sistemləri hazırlayıblar. Bəs Türkiyə hərbi sənayesinin istehsal etdiyi silahlar müharibənin taleyinə necə təsir göstərdi və bundan sonraki mərhələdə Türkiyə hansı silahların istehsalını qarşıya məqsəd qoyub?

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən hərbi ekspert Şair Ramaldanov bildirdi ki, Türkiyənin hərbi sənaye kompleksi 10 illərdir inkişafdadır və yeni nəsil silahlar istehsal edir: ”Bu daha çox beynəlxalq silah-sursat sərgilərindən məlumdur. Türkiyənin  silah pavilyonu həmin sərgilərdə maraq cəlb edib. Yaxın Şərqdə, Suriyada və digər yerlərdə Türkiyə hərbi sənaye kompleksinin istehsal etdiyi silahlardan isdifadə edilir. Puaların növləri ilə bağlı çoxlu videomateriallar var. Türkiyənin demək olar ki, bütün dünyada məhşur silahı - Bayraktar ən uğurlu  silahdır. 44 günlük vətən müharibəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Prezident İlham Əliyev  Bayraktarlara böyük qiymət verərək, bu vasitələrlə Azərbaycan tərərfindən Ermənistanın işğalçı qüvvələrinin 1 milyard dollara qədər dəyərində olan döyüş texnikasını və sursatının sıradan çıxarıldığını deyib. Təkcə Azərbaycan və Ukraynada yox, bütün dünyada Bayraktarın necə silah növü olduğu haqqında geniş məlumat var. Türkiyənin hərbi sənaye kompleksi müasir silahlar istehsal edərək silahlı qüvvələrin bütün növlərini əhatə edib.  Ona görə, Türkiyənin Hərbi Sənaye kompleksi kompleks şəklində bütün ordu üçün yeni silahlar istehsal edir”.

Hərbi ekspert ABŞ-la Türkiyə arasında hava hücumundan müdafiə sistemləri və döyüş təyyarələrinin alınması ilə bağlı problem yaşandığını və soyuqluq olduğunu qeyd edib: "Türkiyə Hərbi Sənaye kompleksi xaricdən silah  gətirilməsini minimuma endirmək üçün istiqamət götürüb, bu da ölkənin müstəqilliyinə müsbət təsir göstərir. Türkiyənin hərbi silahlarını Rusiyanın hərbi dairə rəhbərliyi  yüksək qiymətləndirib, narazılıqlarını da bildiriblər. Digər bazarlar kimi "alıcı varsa, satıcı var satıcı varsa, alıcı var " bazar prinsiplərinə görə ən yaxşı, qabaqcıl, etibarlı ,qiymətcə münasib silahlar həmişə silah bazarında tələbat mənbəyi olub. Bütün iri hərbi sənaye kompleksləri bundan sonra daha dəqiq atəş alan uzaq mənzilli, insan faktorundan asılılığı minimuma  endirən yeni silaha üz tuturlar. Texnika silah istehsalı prinsiplərinə görə, daha çox robort tipli uzaqdan idarə olunan , uzaq məsafədən dəqiq hədəfi vura bilən silahlara üstünlük veriləcək. Digər tərəfdən də silahların özünü qoruma  imkanlarına da çox böyük diqqət yetirilir”.

Şair Ramaldanovun sözlərinə görə, bu yaxınlarda Türkiyədə yeni  yaradılan tankın çoxsaylı istehsalına başlanılacaq: "Texnikada özünü qoruma imkanları nəzərə alınacaq və bu istiqamətdə inkişaf etdiriləcək. İstər quru, istər hava, istərsə də dənizdə hədəfin yerləşməsindən asılı olmayaraq  tuşlanmış hər hansı döyüş sursatı hədəfə getməli, hava hücumundan müdafiə sistemlərini də müəyyən bir şəkildə təhlükəsizlik baxımından adlaya bilməlidir. Hava hücumlarından müdafiə sisteminə diqqət daha çox yönəlib. Rusiya-Ukrayna döyüşlərinin fonunda bəlli oldu ki, hava sahəsində hansı tərəfin daha çox ehtibarı qorunursa, o da hava sahəsində üstünlük əldə edir. Məsələn, Rusiya Ukraynada hava sahəsinə tam nəzarət edərək mütəşəkkil döyüşlər aparmaq üçün xeyli əngəl yaradıb. Ona görə də, istər Azərbaycanda, istər yaxın Şərqdə, istərsə də Ukraynada gedən döyüşlərdən müəyyən təhlillər apararaq, daha maraqlı silah tipinə və hərbi, texniki, elmi  istiqamətlərdə inkişaf etməsinə təsir göstərəcək ".

Hərbi ekspert vurğuladı ki, bu prinsiplərlə yanaşaraq silah- sursat bazası yeni nəsil silahlarla təmin olunacaq və inkişafda həmin silahlara üstünlük veriləcək. Hərbi sənaye kompleksində də  bu yanaşmanın şahidi olacağıq”.

Nigar Abuzər

SİTAT.İNFO



Xəbər xətti