Ukraynalı uşaqların daha bir qrupu Azərbaycana yola düşdü

19:48 4 Avqust 2025

Ukraynalı uşaqların daha bir qrupu reabilitasiya üçün Azərbaycana yola düşüb.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev X hesabında yazıb.

O, dəstəyə görə Azərbaycanın Moldovadakı səfirliyinə təşəkkür edib.

Diplomat bildirib ki, reabilitasiya proqramı çərçivəsində indiyədək 360 uşaq Azərbaycana gətirilib.



Xəbər xətti