Xəbər verdiyimiz kimi bu gün səhər saatlarından qəsəbələrə su satışında fasilə yaranmışdı.
Binə qəsəbəsində şəxsi maşınları ilə su satışı həyata keçirənlər Xəzər Sukanal İdarəsinin su satışı məntəqəsindən su ala bilmirdi.
Məsələ ilə bağlı İri Şəhərlərin Su Təchizatı Xidmətinin Mətbuat Xidmətindən "Sitat.info"ya bildirildi ki, su satışında fasilənin yaranması su məntəqəsi əməkdaşının yaxın qohumuunun rəhmət getməsi ilə əlaqəlidir:
"Qeyd olunan su satışı məntəqəsi Xəzər rayon Sukanal İdarəsinə aiddir. Hər gün səhərdən fasiləsiz olaraq fəaliyyət göstərir. Bu gün də səhərdən fəaliyyətə başlayıb. Günortaya yaxın məntəqəni işlədən əməkdaşın qəfildən yaxın qohumu rəhmətə gedib. Yaxınını dəfn etmək üçün 1-2 saatlıq icazə alaraq məntəqədən aralanmağa məcbur olub. Dəfndən sonra əməkdaş işinə qayıdıb fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, həmin məntəqədən həm Xidmətə aid maşınlar pulsuz olaraq, həm də fərdi maşınlar içməli suya ehtiyacı olan sakinləri su ilə təmin edirlər".
Aytac,
Sitat.info